Modern.az

Prezident Qarabağın bərpasına dəstəyə görə Qırğızıstana təşəkkür etdi

Prezident Qarabağın bərpasına dəstəyə görə Qırğızıstana təşəkkür etdi

Aktual

Bu gün, 08:37

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib.

Modern.az xəbər verir ki, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı deyib:

“Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusların kütləvi qaçışı başladı: Ermənistanda kirayə mənzil axtarışı