Modern.az

Şah İsmayıl Xətai regionun dövlətçilik tarixində mühüm rol oynayıb - Deputat

Şah İsmayıl Xətai regionun dövlətçilik tarixində mühüm rol oynayıb - Deputat

Aktual

Bu gün, 13:39

“Şah İsmayıl Xətai təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə regionun dövlətçilik tarixində mühüm rol oynamış görkəmli tarixi şəxsiyyətdir. Onun yaratdığı dövlətçilik irsi, siyasi fəaliyyəti və zəngin ədəbi yaradıcılığı bu gün də xalqlarımızı birləşdirən ən mühüm ortaq dəyərlərdən biri kimi öz əhəmiyyətini qoruyub saxlayır”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov son günlər sosial şəbəkələr və bəzi media platformalarında Şah İsmayıl Xətai haqda yazılan mənfi rəylərə münasibət bildirərkən deyib.

“Ortaq tarixi və mədəni irsimiz ölkələrimizin tarixinin, mədəniyyətinin və zəngin irsinin daha geniş tanıdılmasına, eyni zamanda dövlətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verə bilər. Bu baxımdan, tariximizin elmi əsaslarla araşdırılması, mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Şah İsmayıl Xətaiyə İranda göstərilən sevgi və ehtiram Azərbaycanda da eyni dərəcədə hiss olunur. Bu, xalqlarımızın ortaq tarixə, mədəni köklərə və mənəvi dəyərlərə bağlılığının bariz ifadəsidir. Məhz bu ortaq irsə söykənərək Azərbaycan ilə İran arasında mədəni-humanitar əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və mədəni əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Ərdəbildə olmaq, Şeyx Səfiəddin Ərdəbilinin və Şah İsmayıl Xətainin irsinə ehtiram göstərmək ortaq tarixi-mədəni dəyərlərimizə verilən yüksək qiymətin ifadəsidir. Bu cür təşəbbüslər Azərbaycan ilə İran xalqları arasında dostluq münasibətlərinin, qarşılıqlı hörmətin və mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir”, - deputat qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada