Modern.az

Bakıda silah və narkotik gəzdirən şəxs həbs olundu

Bakıda silah və narkotik gəzdirən şəxs həbs olundu

16 May 2019, 11:35

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib. 

 

Nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib.

 

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ