Modern.az

TDT-ə üzv dövlətlər birlikdə bəyanat imzaladılar

TDT-ə üzv dövlətlər birlikdə bəyanat imzaladılar

Aktual

Bu gün, 13:29

Oktyabrın 12-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşü keçirilib.

Modern.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb.

İkinci Görüşün Azərbaycan Respublikasının TDT-yə sədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin Birinci Görüşü 2025-ci il avqustun 20-də Qırğızıstanın Bişkek şəhərində baş tutub.

15545891554590

1554591

1554592

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı