Modern.az

Pensiya kapitalındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Pensiya kapitalındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Ölkə

Bu gün, 13:53

Sosial şəbəkələrdə bəzi vətəndaşlar pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlıqlarını ifadə ediblər.

Modern.az xəbər verir ki, yayılan açıqlamada bu dəyişikliklərin müvəqqəti olduğu və narahatlığa əsas olmadığı bildirilib.

Qeyd olunub ki, hazırda işəgötürənlərin cari ilin üçüncü rübü üzrə sosial sığorta haqlarına dair təqdim etdikləri hesabatların elektron sistemdə emalı aparılır. Bu proses zamanı vətəndaşların pensiya kapitalında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər yarana bilər.

Emal prosesinin oktyabrın 11-də saat 17:00-dək başa çatdırılması gözlənilir.

Texniki proses yekunlaşdıqdan sonra şəxsi kabinetlərdəki məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər