Modern.az

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub - FOTOLAR

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub - FOTOLAR

Aktual

Bu gün, 16:42

Çexiya nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub.

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

ADY-nin sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.

Həmçinin ADY-nin sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi yeniliklər, o cümlədən ölkə ictimai nəqliyyatında ilk dəfə məhz dəmir yollarında tətbiq edilən "SİMA Pay" üztanıma ilə ödəniş sisteminin işi təqdim edilib.

Ziyarət zamanı çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılmış şərait və müasir xidmət imkanları ilə tanış olub, sərnişin daşımaları sahəsində müasir yanaşmaların xüsusi əhəmiyyətini vurğulayıb.

1554686

1554687155468815546891554690

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı