Bakının Qaradağ rayonunda orta məktəb direktorlarından birinin avtomobili yandırılıb.
Modern.az APA xəbər verir ki, hadisə zamanı yaxınlıqda uşaqlar da olub. Xəsarət alan olmayıb.
Bundan başqaYasamal rayonundakı orta məktəblərdən birində isə yanğın törətməyə cəhd olunub. Görülən təcili tədbirlər nəticəsində cəhdin qarşısı alınıb. Bu hadisədə də xəsarət alan olmayıb.
Hadisələrin səbəbləri və onları törədən şəxslər barədə əlavə məlumat verilməyib.
Təhsil müəssisələrinə və onların əməkdaşlarına qarşı belə hərəkətlər uşaqların, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini riskə atır. Hadisələrin hərtərəfli araşdırılması, təqsiri sübuta yetirilən şəxslərin, eləcə də onları bu əməllərə sövq edənlərin qanun qarşısında məsuliyyətə cəlb olunması vacibdir. Heç bir fikir ayrılığı zorakılığa və əmlakın yandırılmasına haqq qazandıra bilməz.