Modern.az

Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb

Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb

22 May 2019, 17:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  Lerik rayonunun Siyov kənd məktəbinin direktoru Əmirov İlham Əvəz oğlunun heç bir xəstəliyi olmadan əlil kimi pensiya aldığı barədə iddialara cavab verib.


Nazirliyin mətbuat katibi Fazil Talıbov Modern.az-a bildirib ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik məsələləri üzrə işçi qrupu tərəfindən müxtəlif risk qrupları üzrə davamlı olaraq aparılan araşdırmalar nəticəsində əsassız göndərişlər əsasında əlillik təyinatı aparılmış şəxslər müəyyənləşdirilərək əlillik təyinatları ləğv edilir, onlara ödənilən pensiya, müavinət və təqaüdlər geri tutulur.

Ötən dövr ərzində 1300-dən çox belə əlillik təyinatı ləğv edilib və dövlət büdcəsinin illik qənaəti milyonlarla manat təşkil edir.

Araşdırmalar üzrə əlilliyi ləğv edilmiş şəxslərdən də biri məhz Əmirov İlham Əvəz oğludur.


“Ona dair səhiyyə müəssisənin göndərişində qeyd olunmuş talassemiya diaqnozu rəhbər tutulmaqla Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən sırf göndərişdə qeyd edilmiş məlumatlar əsasında 2018-ci ilin yanvar 12-sində müddətsiz II dərəcə əlillik təyin edilmişdi. Bir müddət öncə həmin göndəriş, onu rəsmiləşdirmiş səhiyyə müəssisəsi tərəfindən əsassız olması səbəbindən etibarsız sayılıb.

Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd səhiyyə müəssisənin göndərişidir. Şəxslərə dair göndərişdə əks olunmuş məlumatlar əsasında əlillik təyinatı aparılır.

Nazirlik olaraq bu kimi hallara qarşı tədbiləri davam etdirəcək, paralel olaraq sistemin təkmilləşdirilməsi ilə bağlı və preventiv tədbirlər görülməkdədir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir