Modern.az

“Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov

“Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov

Aktual

26 May 2019, 17:25

“Ümid edirəm ki, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı anlaşma, müstəqillik və ərazi bütövlüyünə hörmətə əsaslanan əməkdaşlıq gələcəkdə daha da güclənəcək”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gürcü həmkarı David Zalkalianiyə Müstəqillik günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda bildirilib.

 

E.Məmmədyarov qeyd edib ki, ikitərəfli dostluq münasibətləri və məhsuldar əməkdaşlıq gürcü və Azərbaycan xalqlarının maraq və rifahına xidmət edir.

 

XİN başçısı gürcü xalqına xoşbəxtlik, sülh və tərəqqi arzu edib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı