Modern.az

Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB

Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB

17 İyun 2019, 22:20

Bu gün Ələt qəsəbəsində baş verən qəzada ölən və yaralananların adları məlum olub.

Modern.az  xəbər verir ki, Banqladeş vətəndaşları 1983-cü il təvəllüdlü Muhammed Arşad, 1979-cu il təvəllüdlü Zahangir Alam, 1987-ci il təvəllüdlü Ruhul Amin və 1990-cı il təvəllüdlü Huseyn Muhasib, 22 yaşlı Vetri Çelvin, 42 yaşlı Məhəmməd Muxtar, 40 yaşlı İslam Məcdun və sürücü 27 yaşlı Ağayev Mehman Azad oğlu ağır xəsarət alıblar.

Yaralılar bədənin müxtəlif nahiyələrinin xəsarəti ilə bağlı saylı Kliniki Tibbi Mərkəzə müraciət olunub.

Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.

Qəzada ümumilikdə 8 nəfər xəsarət alıb, onlardan 3-ü hadisə yerindəcə keçinib. Amma ölənlərin kimliyi hələlik açıqlanmır.

 

***

 

Bu gün saat 18:00 radələrində Qazax-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub. 

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir