Modern.az

Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi

Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi

18 İyun 2019, 23:19

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, yanğın şəhərin 9-cu mikrorayonunda 1/2 saylı binanın blokunda baş verib.

Belə ki, lift kabinəsi qəfildən tüstüləyərək alışıb. FHN-in yanğından mühafizə bölməsinin dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yuxarı  mərtəbələrdə  yaşayan 10 nəfər bina sakini təxliyə edilib.

Yanğın baş verən zaman liftdə heç kim olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi