Modern.az

Masallıda avtobusdan düşən sərnişini maşın vurdu

Masallıda avtobusdan düşən sərnişini maşın vurdu

19 İyun 2019, 00:24

Masallı rayonunun Şərəfə kənd sakinini yolu keçərkən avtobus vurub.

Modern.az APA-ya istinadən xəbər verir ki, 21 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusundan düşərək yolu keçmək istəyən kənd sakini, 1979-cu il təvəllüdlü Nuriyyə Abdulla qızı Cəfərovanı eyni marşrut xəttinin qarşıdan gələn digər avtobusu vurub.

Yaralanan piyada “113 xidməti”nin maşını ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
N.Cəfərovanın sözlərinə görə, Fərman adlı avtobus sürücüsü nəqliyyat vasitəsini sürətlə idarə etdiyindən o, qəzadan yayına bilməyib. Zərərçəkmiş iddia edir ki, sürücü həmişəki kimi sükan arxasında telefondan istifadə etdiyi üçün diqqəti yayınıb, çünki əvvəllər də sərnişinlər bu barədə sürücüyə öz narazılıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu