Arxiv
3 İyul 2019, 08:41 | ALLAH RƏHMƏT ELƏSİN
Azərbaycanda məşhur ifaçı vəfat etdi

Azərbaycanda ilk rok qruplarından olan məşhur “Yuxu”  qrupunun yaradıcısı İbrahim Emin ötən gün 56 yaşında vəfat edib. Modern.az-ın məlumatına görə, bu barədə məlumatı onun dostları bildiriblər. Məlumata görə, sənətçi qida borusunun xərçəng xəstəliyindən dünyasını dəyişib.


“Yuxu” qrupu 1988-ci ildə qrupun bass-gitaristi İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb.
Qrupun ilk çıxışı  Sumqayıt şəhərində - "Kimyaçı" Mədəniyyət Sarayında baş tutub. 1989-cu ildə keçirilən ”Qızıl payız” festivalında isə qalib olub.


Qrupun ilk albomu Türkiyədə buraxılıb. “Yuxu” qrupu  1988-2001-ci illər ərzində həm  Azərbaycanda və həm də Türkiyədə fəaliyyət göstərib.

"Yuxu" ilk dəfə Azərbaycanda daha çox "Xəzərin sahilində" mahnısı ilə tanınıb. Mahnıya hazırlanmış videoklip yerli kanallarda vaxtaşırı nümayiş etdirilirdi. Qrupun ifası və hazırlanmış klip həmin vaxt Azərbaycan auditoriyası üçün sankı bir yenilik idi.


“Xəzərin sahilində” mahnısı "Yuxu" üçün viza rolu oynayıb. 80-ci illərin sonlarında "Qızıl payız” müsabiqəsində qalib olduqdan sonra qrupun ifasına valeh olan Paskal adlı fransız xanım "Yuxu"nu Fransada fəaliyyət göstərməyə dəvət edir.

Həmin vaxtlar Fransaya birbaşa çıxmaq mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər.

Lakin hələ də naməlum olan səbəblərdən onlar Fransaya gedə bilmir və Türkiyədə qalıb fəaliyyət göstərməli olur. Qrupun hava limanında soyulduğu xəbərləri yayılsa da, bu şayiə olaraq qalır.

Sonralar Türkiyədə fəliyyət göstərməyə başlayandan qısa müddət ərzində qrup tanınmağa başlayır.

Türkiyədə qrupun üç – "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) albomları yayımlanıb.

Sonralar qrup dağılır. Qrupun gitaraçısı Namiq Nəqdəliyev Türkiyədə musiqiçi fəaliyyətini davam etdirir. Zərb alətləri ifaçısı Çingiz Eyvazov da qrup dağıldıqdan sonra Türkiyədə qalır, musiqi fəaliyyətinə davam edirdi. Lakin sonra Azərbaycana qayıdaraq, tatu ustası kimi çalışır. Qrupun vokalisti Cəsur Nemətov isə Rusiyada yaşayır.


Qrupun yaradıcısı İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” adlı yeni rok qrupu yaratsa da, fəaliyyəti boyunca “Yoruldum” (2014) albomu işıq üzü görür. Lakin albomdan bir müddət sonra bu qrup  da fəaliyyətini dayandırır.

Bəzi məlumatlara görə, fəaliyyətini dayandırmış "Yuxu" qrupunun yaradıcısı İbrahim Emin son illər rəsm əsərləri çəkərək dostlarına satmaq və hədiyyə etməklə yaşayırdı.

Allah rəhmət eləsin...

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP İdarə Heyətinin iclası keçirilib 12 Avqust 2020, 17:16 İcra hakimiyəti iki iri marketi cərimələdi - FOTO 12 Avqust 2020, 17:10 Bu yaşda olan insanların daha çox psixoloji dəstəyə ehtiyacı var 12 Avqust 2020, 17:05 Azərbaycanda daha bir sığorta şirkəti əmlakını satışa çıxardı 12 Avqust 2020, 17:00 Yeni nağıl qəhrəmanı yaradın! - Müsabiqə 12 Avqust 2020, 16:55 “Apple”in rəhbəri milyarder oldu 12 Avqust 2020, 16:50 İlham Zəkiyev sədr seçildi 12 Avqust 2020, 16:45 İlham Əliyev taksi sürdü - VİDEO 12 Avqust 2020, 16:39 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artır - daha 2 nəfər öldü 12 Avqust 2020, 16:33 Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb 12 Avqust 2020, 16:27 Diaspor hərəkatının dönüş nöqtəsi - 1-ci hissə 12 Avqust 2020, 16:22 Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:17 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Goranboyda karantin reydləri keçirilir 12 Avqust 2020, 15:00 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30 Dövlət sahibkarlara 250 manat ödənişinə BAŞLADI 12 Avqust 2020, 14:24