Arxiv
22 İyul 2019, 19:16 | AKTUAL
“Akkord” dezinformasiyalara aydınlıq gətirdi  
Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası ASC bəzi kütləvi informasiya vasitələrində yayılan Korporasiya tərəfindən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilmiş yaşayış kompleksində aparılan söküntü-quraşdırma işləri ilə əlaqədar informasiyalara aydınlıq gətirib.   ASC-dən Modern.az-a daxil olan məlumatda bildirilib ki, Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən inşa edilmiş “Uğur-2” yaşayış kompleksində, sakinlərin tam təhlükəsizliyinin təmin edilməsi məqsədilə binaların fasad hissələrinin üzlənmiş üzlük materiallarının yanğına davamlı olması barədə və çətin yanan materiallar qrupuna aid olması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafzə Xidmətinin müvafiq rəyinin olmasına baxmayaraq, həmin üzlüklərin sökülməsinə qərar verilib. 

Qeyd olunub ki, söküntü işlərinin icra olunduğu müddətdə təhlükəsizliyi təmin etmək məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, ümumilikdə prosesə nəzarətin təmin edilməsi və sakinlərin narahatçılığının azaldılması üçün Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri ilə müqavilə bağlanıb, yaşayış kompleksi daxilində xüsusi postlar yerləşdirilib. 

"İşlər tamamilə texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə aparılır. Qış mövsümündə hava şəraitinin əlverişliz olması ilə əlaqədar, söküntü işlərinin yay aylarında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Yaşayış kompleksində icra edilən söküntü-quraşdırma işləri hissə-hissə təmin edildiyindən, kompleksin daxilində bir sıra yerlər, eyni zamanda yaxınlıqda yerləşən parklar sakinlərin xidmətinə verilib. Kompleksə verilən qaz xəttinin dayandılması “Azəriqaz” İB-nin səlahiyyətindədir. Aldığımız məlumata əsasən, həmin əraziyə verilən qaz xəttində məhdudiyyətlər olsa da, hazırda qazın verilməsi təmin olunub". 

Diqqətə çatdırılıb ki, “Uğur-2” yaşayış kompleksində mövcud mənzillərin (əksəriyyətinin) satışı 25 illik ipotekə krediti vasitəsilə həyata keçirilib: "Sakinlərin 73%-i hələ də tam ödəniş etməyib. Bəzi sakinlərin mənzil alma peşmançılıqları ilə bağlı korporasiyaya hər hansı şikayət daxil olmayıb, əks təqdirdə müqavilələrə yenidən baxıla bilər. Mənzillərə dövlət reyestrindən çıxarışların alınması üçün zəruri tədbirlər həyata keçirilir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq rəyi alınıb, eyni zamanda hüquqi və texniki sənədləşdirmə işləri aparılıb. Cari ilin sonunadək binaların təhvil verilməsi və mənzillərin çıxarışla təmin edilməsi yekunlaşdırılacaq". 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mingəçevirdə avtomobil qaçıran şəxs saxlanıldı 26 Avqust 2019, 13:31 Astarada transformator yanıb   26 Avqust 2019, 13:25 Yerevan Azərbaycana qarşı Putinin hərbi blokundan yardım umur 26 Avqust 2019, 13:13 Tramp G7 liderləri ilə  dalaşdı - Rusiyaya görə 26 Avqust 2019, 12:58 Azərbaycanın 7 rayonunda yanğın olub - Nazirlikdən AÇIQLAMA   26 Avqust 2019, 12:57 Sabahın hava PROQNOZU 26 Avqust 2019, 12:54 Azercell uşaqları və məcburi köçkünləri sevindirdi 26 Avqust 2019, 12:54 İndoneziya sahillərində yük gəmisi yoxa çıxıb 26 Avqust 2019, 12:16 Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər təlimlərə cəlb olunur 26 Avqust 2019, 12:06 “Bu il 5 yaşında olan uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına qəbul olunacaq” 26 Avqust 2019, 11:47 Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik HAQQINDA 26 Avqust 2019, 11:26 Ermənilər Kəlbəcərin ən yüksək zirvəsindən FOTOLAR yaydılar 26 Avqust 2019, 11:24 “Azərenerji ASC “Şəmkir” SES-də təmir-bərpa işləri aparır 26 Avqust 2019, 11:21 Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL 26 Avqust 2019, 11:16 Qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib 26 Avqust 2019, 11:00 Bir şəklin tarixçəsi: Xomeyninin dəfnindəki DƏHŞƏTLİ HADİSƏ - Tabutu niyə 3 dəfə yerə düşdü... 26 Avqust 2019, 10:59 Nazirlik restoranlarda yenidən monitorinq keçirdi - Tüstüyə görə 26 Avqust 2019, 10:58 Qaraçuxur və Suraxanı qəsəbələrində su kəsiləcək 26 Avqust 2019, 10:50 Məktəbə BirKart-la hazırlaş! 26 Avqust 2019, 10:47 Bakıda jurnalisti DÖYDÜLƏR - FOTO 26 Avqust 2019, 10:30 Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi - FOTOLAR 26 Avqust 2019, 10:20 Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ 26 Avqust 2019, 10:19 Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır   26 Avqust 2019, 10:14 İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi 26 Avqust 2019, 10:12 ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib 26 Avqust 2019, 10:07 55 illik ömrün ANLARI - FOTOLAR 26 Avqust 2019, 10:04 “Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır” 26 Avqust 2019, 10:01 Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR 26 Avqust 2019, 10:00 Ermənilər atəşkəsi 20 dəfə pozdu 26 Avqust 2019, 09:56 Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı 26 Avqust 2019, 08:23 Manat və dolların bugünkü məzənnəsi 26 Avqust 2019, 08:11 Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39