Arxiv
19 Avqust 2019, 14:27 | AKTUAL
“Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm".

Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsində yazıb.

Mehriban Əliyeva daha sonra bildirib: 
"Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. 
Allah rəhmət eləsin. 
Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!"

 

“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri, “Aprel döyüşləri”ndə həlak olmuş polkovnik-leytenat Raquf Orucovun xanımı Sevinc Alızadə  Modern.az-a Birinci vitse-prezidentin bu addımını yüksək qiymətləndirdiyini vurğulayıb:


“Həmin görüntülər qürurvericidir. Mehriban xanım yanında heç kim olmadan Ali Hərbi Məktəbin məzunları ilə birgə şəhid məzarını ziyarət edib. Mehriban xanım II Fəxri Xiyabanda uyuyan şəhidləri ziyarət edib. Həmin yerdə “Aprel şəhidləri”ndən olanlar da dəfn edilib. Bu, bütün məmurlara örnək addımdır”.

 

Birliyin sədri bildirib ki, şəhid adını hamımız uca tutmalıyıq:

“II Fəxri Xiyabanda da bizim igidlərimiz uyuyur. Onları da hörmət və ehtiramla yad etməliyik. Bu addım ölkənin Birinci vitse-prezidentinin şəhidə verdiyi dəyərdir. Şəhid adını hamımız uca tutmalıyıq. Şəhidlik baş tacımızdır. İnsanlarımız şəhidlərimizi sayqıyla anmalı, adları çəkiləndə ayağa qalxmalıdır”.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Temperatur yenidən artdı - Sabahın havası 2 Avqust 2021, 12:57 Əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş verildi 2 Avqust 2021, 12:55 Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI 2 Avqust 2021, 12:52 Bu 3 nəfərdən biri spiker olacaq 2 Avqust 2021, 12:48 Tağı Əhmədovun səhhəti pisləşib? - Özü açıqlama verdi 2 Avqust 2021, 12:46 Yol polisi sürücülərə müraciət etdi 2 Avqust 2021, 12:44 "Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 İntizam komissiyasından Eldəniz Səlimovla bağlı QƏRAR - YENİLƏNİB 2 Avqust 2021, 13:00 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51 General yanğına görə Türkiyəyə getdi 2 Avqust 2021, 10:50 İmişlidə narkotik əkən şəxs silahdan atəş açdı 2 Avqust 2021, 10:46 Prokurorluq uşaq və yeniyetmələrə müraciət etdi 2 Avqust 2021, 10:42 Tarix müəllimi olmaq istəyənlər üçün SON ŞANS 2 Avqust 2021, 10:36