Arxiv
25 Avqust 2019, 13:43 | AKTUAL
Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında

Gözəl bir gündür,elə deyilmi?!..Düz 74 il əvvəl,1945-ci il avqust ayının 25-də,Əzizbəyov adına dogum evinin divarları arasında bir körpə səsi eşidildi...Gözəlliyi ilə hər kəsi valeh edən bu qızcıgazı görənlər,onu ilahi mövcüzə adlandırırlar...Bəli,həmin o körpə mən idim,Vəfa Fətullayeva...

Bu gün mənim ad günümdür,74 yaşım tamam olur...42 haqq danmaz yaşımdır,32 isə ruhumun yaşı... 32 ildir ki, ruhum bir zamanlar yaşadıgım bu dogma şəhərimin küçələrində dolaşır... Əgər bizim evdəki divarların dili olsaydı,bilirsizmi o daşlar sizə nələr danışardı,nələr söyləyərdi?!.. İndi o daşlarda mənim uşaqlıq və gənclik illərimin xatirələri yaşayır... Heyf ki,divarlar,daşlar danışa bilmir...

Mənim 42 ildə gördüklərimi,allah heç kimə göstərməsin... Yaşadıgım bu illər ərzində bir gözüm güldü,o biri gözüm isə hər zaman agladı... Bu həyatda çox pisliklər gördüm, çox əzablar, istirablar çəkdim, inandıgım insanlardan gözləmədiyim halda zərbələr aldım, bütün bunlara rəgmən mənim qəlbimdə heç vaxt nifrət hissi olmadı... Heç vaxt "bunun əvəzini çıxacam" sözünü dilimə belə gətirmədim... Bu hiss məndə ömrümün sonlarında yarandı... Mən yalnız son anlarımda ölümə nifrət etməyə başladım... Bu o zaman baş verdi ki, artıq yaşamaga olan bütün ümidlərimi itirmişdim... O mənim yalvarışlarıma, göz yaşlarıma, anamın naləsinə, atamın hönkürtüsünə, bacımın fəryadına, hətta cavanlıgıma belə rəhm etmədi... Yaşamaq istəyirdim, eşidirsizmi məni, yaşamaq istəyirdim...

Heç bilirsiz ölüm necə dəhşətli bir şeydir?!.. Heç bilirsiz ölüm xofu insana necə əzab verir?!.. Heç bilirsiz insan ölümlə həyat arasında qalanda necə qorxular keçirdir?!.. Niyə mənim taleyimi belə yazdın, ilahi?!.. Axı mənim nə günahım vardı?!.. Niyə qıydın mənə, ya rəbbim?!.. Niyə anamı ahıl vaxtında gözüyaşlı qoydun, Allahım?!.. Bütün arzularım,xəyallarım məhv oldu... Hələ görəcəyim nə qədər işlər yarımçıq qaldı... Anam yazıq həmişə deyərdi "Ay Vəfa, elə bil mənə olunan qargışların hamısı səni tutdu"... Bəs görəsən bu qarğışlar olmasaydı, mən daha neçə il yaşaya bilərdim?!..

O mənim həyatımda baş verən bütün bu hadisələrə görə həmişə özünü günahlandırdı... Əslində isə mənim taleyim belə yazılmışdı... Bu qarqış deyil, alın yazısı idi... Necə yazılmışdı,elə də oldu... Ağlama anacan, qurban olum aglama... Mənim bu dünyaya gəlməyimin də maraqlı tarixçəsi olub... Mən həm də etirazlar içərisində doğulmuş bir övlad idim...

Bu gün mənim ad günümdür... Həmin gün atam dogum evinin telefonundan dostu Adil İsgəndərova zəng vuraraq "Adil, məni təbrik elə qızım oldu, eşidirsən, qızııım" deyərək sevincindən uşaq kimi aglamışdı... Həmin gün nənəm dogum evinin qarşısından keçən hər kəsə şirinlik paylamışdı... Həmin gün 11 yaşlı bacım mənim üçün ilk hədiyyəsini almışdı... Bu əl ilə toxunma uşaq başmaqları idi... Əlbəttə ki, mən bütün bunları sonralar biləcəkdim... Məni dogum evindən Tolstoydakı mənzilimizə Səməd Vurgun öz AU 79 21 nömrəli qəhvəyi pobedasında gətirib...

Atam, Səməd Vurgun və Adil İsgəndərov dost olublar... Sizə danışmışam, Adil İsgəndərov (mən ona Adil əmi deyirdim) atamın anamla ailə qurmasına qəti olaraq etiraz etmişdi... Bu barədə atamla Adil əminin arasında çox ciddi mübahisələr olmuşdu, hətta onlar bir müddət küsülü də qalmışdılar... Adil əmi ilə atamın arasında olan bu küsgünlük o dövrdə hər kəsi təəcübləndirmişdir... Onu da bilirsiz ki, atam anamla ailə qurmazdan əvvəl bir dəfə evlilik həyatı yaşayıb... Onun birinci həyat yoldaşı SSRİ xalq artisti Mərziyyə Davudova olub... Müəyyən səbəblərdən atamla, Mərziyyə xanım sonradan ayrılırlar... Əslində bu boşanmanın əsl səbəbi Mərziyyə xanımın xəstəliyi ilə baglı olub... Anamla ailə qurmasına Adil əmi ona görə etiraz edirdi ki, bilirdi bu evlilik uzun çəkməyəcək, onu da bilirdi ki, atamın səbr kasası nə vaxtsa bir gün dolacaq, özü də tezliklə... Deyirdi "Hökumə səhnə üçün doğulub, o heç bir kişinin həyat yoldaşı (əslində arvadı demişdi) ola bilməz". Hələ yarızarafat "Qadam, sən mülayim insansan, hər sözdən inciyənsən, Hökumənin səhnədə səsi gələndə teatrın divarları titrəyir, parapetdəki kişilərin canına vəlvələ düşür, sən buna dözə bilməyəcəksən" demişdi...

Bəlkə də Adil əmi haqlı idi... Anamla atam tamam başqa xasiyyətli insanlar idi... Buna baxmayaraq onlar 15 ildən artıq bir yerdə yaşadılar... Beləliklə, mən atamın iradəsi və qətiyyəti ilə bu dünyaya gəlmək şansını qazandım... Nə yaxşı ki, o zaman Adil əmi atamı fikrindən döndərə bilmədi... Yoxsa nə mən doğulardım, nə bu şəkillər olardı, nə də ki,yarımçıq qalmış xatirələrim...

Bu gün mənim ad günümdür...Uşaqlıq illərimdə bu günü səbrsizliklə gözləyərdim,çünki atam,anam,nənəm mənə çoxlu hədiyyələr alardı...Həmin gün sevincimin həddi-hüdudu olmazdı...Sonra böyüdükcə mənim üçün hər şey adiləşdi,artıq sevmirdim ad günlərini,ona görə yox ki,uşaqlıqdakı kimi çoxlu hədiyyələrim olmurdu... Yox,ona görə sevmirdim ki, hər ad günüm məni ölümə daha da yaxınlaşdırırdı... İndi isə o günlər üçün burnumun ucu göynəyir...

Bu gün mənim 74 yaşım tamam olur...Düz 74 ildir ki,mən tanıdığım və tanımadığım insanların xatirəsində, qəlbində yaşayıram... Bu şəkili 1960-cı illərdə, gəncliyimin ən xoşbəxt günlərində çəkdirmişdim... O zaman hardan biləydim ki, məni qarşıda nələr gözləyir...

Bu gün ad günümdür,istəsəz təbrik edə bilərsiz məni, ancaq bağışlayın, bağışlayın ki, sizə cavab verə bilməyəcəm...!


Etibar Vəfa

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnterneti olmayan tələbələrlə bağlı addım atılacaq - Cəsarət Valehov 30 mart 2020, 14:38 Neft qiymətləri 18 ilin minimumuna düşdü – 1 barel 22 dollar 30 mart 2020, 14:36 Yer kürəsinə Atlas kometi yaxınlaşır 30 mart 2020, 14:32 Türkiyədən beynəlxalq təşkilatlara çağırış - Qarabağda keçiriləcək seçkiləri boykot edin 30 mart 2020, 14:26 Əli Hüseynli yeni medaldan danışdı 30 mart 2020, 14:20 Ramiz Mehdiyev Milli Elmlər Akademiyasını BAĞLADI 30 mart 2020, 14:14 Daha bir sınaq imtahanı pulsuz oldu 30 mart 2020, 14:10 Azərbaycanda qar yağıb - FAKTİKİ HAVA 30 mart 2020, 14:05 Azərbaycanlı sahibkar 44 min maska alıb sakinlərə pulsuz payladı - VİDEO 30 mart 2020, 13:59 Özünü karlığa, korluğa vuran DÜNYA 30 mart 2020, 13:53 Ermənistanın koronaviruslu günləri – Durğun iqtisadiyyat, ərzaq qıtlığı, zəifləmiş ordu, gözlənilən devalvasiya... 30 mart 2020, 13:47 Dəyişən dünyada SANKSİYALAR… 30 mart 2020, 13:44 Yeni medal təsis edilir 30 mart 2020, 13:44 Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu 30 mart 2020, 13:41 “Biz kimisə metroya buraxmaya bilmərik” – Sıxlığın SƏBƏBİ 30 mart 2020, 13:35 Daha bir qurum Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü 30 mart 2020, 13:30 Deputat nəvəsinə “Doğrul” adı qoymaq istədi, ancaq imkan vermədilər 30 mart 2020, 13:29 Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən mobil qruplar təşkil edilib - FOTO 30 mart 2020, 13:23 Prokurorların hüquqları artırılır 30 mart 2020, 13:17 65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək 30 mart 2020, 13:14 Kreditlərin gecikməsinə görə faiz və cərimələr yazılmasın - Vüqar Bayramov 30 mart 2020, 13:09 Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi 30 mart 2020, 13:05 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 30 mart 2020, 13:02 Koronavirus yayılan ölkələrdə səfirliklərimizin işi davam edir - Səməd Seyidov 30 mart 2020, 12:58 Tarixi adlarımızın dəyişdirilməsinə səs verənlər Milli Məclisdə oturub - Musa Qasımlıdan ETİRAZ 30 mart 2020, 12:52 Sabah Bakıda 19 dərəcə isti olacaq 30 mart 2020, 12:49 “Bizim istisna halımız Ermənistanla bağlıdır” - Tahir Mirkişili 30 mart 2020, 12:44 Parlamentin Toponomiya Komissiyasının yeni tərkibi formalaşdı 30 mart 2020, 12:38 Deputatların elektron səsverməsi dekabrın 30-dək qüvvəyə minir 30 mart 2020, 12:35 Koronavirusu yox edən dərman TAPILDI: 7 ölkədə uğurla sınaqdan keçdi 30 mart 2020, 12:33 “Onlayn iclas zamanı internet kəsilsə, necə səs verəcəyik?” - Deputat 30 mart 2020, 12:28 Ermənistanda daha 58 nəfər koronavirusa yoluxub 30 mart 2020, 12:27 Deputatın statusu haqqında qanuna dəyişiklik edildi 30 mart 2020, 12:23 Deputatlar seçicisi olmayan şəxslərin müdafiəsinə qalxa bilməz - Siyavuş Novruzov 30 mart 2020, 12:20 Deputat Operativ qərargaha irad tutdu: “Özləri yaxın oturub bizə deyirlər, məsafə saxlayın” 30 mart 2020, 12:18