Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Modern.az xəbər verir ki, Xalq artisti, "Şöhrət" ordenli aktyor, rejissor və musiqiçi Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib.
O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino tarixində özünəməxsus yer tutub.
Uzun illərdir İsraildə yaşayan Tofiq Mirzəyev səhhətinə görə 2019-cu ildən Vətənə gələ bilmirdi.
Allah rəhmət eləsin.