Modern.az

Referans MediPark Hospitalda ilk neyrocərrahiyyə əməliyyatı uğurla icra olunub

Referans MediPark Hospitalda ilk neyrocərrahiyyə əməliyyatı uğurla icra olunub

Aktual

Bu gün, 10:38

Mingəçevir şəhərində yerləşən Referans MediPark Hospitalda növbəti mühüm tibbi uğura imza atılıb. Burada ilk neyrocərrahiyyə əməliyyatı uğurla icra olunub.

İlk neyrocərrahiyyə əməliyyatı neyrocərrah Op. Dr. Zaur Ramixanov tərəfindən müasir tibbi standartlara uyğun şəkildə uğurla həyata keçirilib. Əməliyyat zamanı ən son tibbi texnologiyalardan istifadə olunub, pasiyentin təhlükəsizliyi və əməliyyatın yüksək keyfiyyətlə icrası əsas prioritet kimi təmin edilib.

Referans MediPark Hospitalda neyrocərrahiyyə xidmətinin fəaliyyətə başlaması ilə yanaşı, müxtəlif cərrahi istiqamətlər üzrə mürəkkəb əməliyyatlar da uğurla icra olunur. Müasir əməliyyat otaqları, qabaqcıl tibbi avadanlıqlar və peşəkar həkim heyəti sayəsində hospital region sakinlərinə beynəlxalq standartlara uyğun, təhlükəsiz və keyfiyyətli cərrahi xidmətlər təqdim edir.

İlk neyrocərrahiyyə əməliyyatının uğurla icra olunması Referans MediPark Hospitalın yüksəkixtisaslı tibbi xidmət imkanlarının daha da genişləndiyini göstərir. Bu yenilik Mingəçevir və ətraf bölgələrdə yaşayan vətəndaşların həm neyrocərrahi, həm də digər yüksəkixtisaslı cərrahi xidmətlərə daha əlçatan şəkildə çıxışını təmin edir. Artıq pasiyentlər mürəkkəb əməliyyatlar üçün uzaq məsafələr qət etmədən, yaşadıqları bölgədə müasir tibbi standartlara uyğun diaqnostika və müalicə xidmətlərindən yararlana bilirlər.

Fəaliyyətini müasir tibbi yanaşmalar əsasında inkişaf etdirən Referans MediPark Hospital yüksəkixtisaslı həkim heyəti, innovativ tibbi texnologiyalar və pasiyentyönümlü xidmət prinsipi ilə region sakinlərinə etibarlı səhiyyə xidmətləri təqdim etməyə davam edir. Hospitalda yeni tibbi xidmət istiqamətlərinin tətbiqi və mürəkkəb əməliyyatların uğurla icra olunması regionun aparıcı tibb müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirir.

Ünvan: Mingəçevir şəhəri, N. Nərimanov küç. 28

Əlaqə: +994 50 234 50 63 | +994 50 234 50 62

Çağrı Mərkəzi: *0033

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR