Modern.az

"Neftçi" bu gün Konfrans Liqasında meydana çıxır

"Neftçi" bu gün Konfrans Liqasında meydana çıxır

İdman

Bu gün, 09:04

"Neftçi" bu gün UEFA Konfrans Liqasında 2026/2027 mövsümündə ilk oyununa çıxacaq.

Modern.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi paytaxt təmsilçisi turnirin II təsnifat mərhələsinin ilk görüşündə Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edəcək.

"Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edəcək.

Tərəflər arasında cavab görüşü bir həftə sonra keçiriləcək. Bu cütün qalibi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi