Arxiv
11 Sentyabr 2019, 11:58 | AKTUAL
Arif Hacılı iqtidar-müxalifət toplantısına getməməyinin səbəbini AÇIQLADI

Bakıda iqtidar və müxalifətin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi”mövzusunda dəyirmi masa keçirilir.


Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı iştirak edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, o, dəyirmi masaya qatılmayıb.

Dəyirmi masaya qatılmaması ilə bağlı Modern.az-a danışan  Müsavat başqanı Arif Hacılı bildirib ki,  tədbirin adının qeyri-müəyyənliyi və formatı onları qane etməyib:


“Əsas məsələ odur ki, xarici müdaxilə nə deməkdir?!  Burada nəyin nəzərdə tutulduğu aydın deyil. Eyni zamanda, tədbirdə iştirak edən partiyalar, təşkilatlar həmçinin, format bizi qane etmədiyindən iştirak etmədik”.


“Növbəti dialoq keçirildiyi təqdirdə dəvət olarsa, qatılarsınızmı” sualına Arif Hacılı belə cavab verib:

“Müsavat Partiyasının bu məsələyə konseptual yanaşması ondan ibarətdir ki, biz ümummilli məsələlərin müzakirələrində real siyasi qüvvələrlə müzakirələr aparmağa hazırıq. Bu,  hakimiyyət və müxalifət partiyaları da ola bilər. Ancaq hər hansı qeyri-müəyyən məzmunda, qeyri-müəyyən tərkibdə keçirilən tədbirlər bizim fikrimizcə səmərəsizdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Şərqin Parisi”ni xarabazarlığa çevriən partlayış: Beyrutda nə baş verdi? – VİDEO 5 Avqust 2020, 15:37 Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA 5 Avqust 2020, 15:23 İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik I oxunuşda qəbul edilib 5 Avqust 2020, 15:20 Siyavuş Novruzov: “Kim korrupsiya ilə məşğuldursa, adı deyilsin” 5 Avqust 2020, 15:18 Kamran Əliyevdən 6 ayın HESABATI: “103 cinayət qrup zərərsizləşdirilib” 5 Avqust 2020, 15:17 Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı 5 Avqust 2020, 15:10 AQTA sədrinə yeni müavin təyin olunub 5 Avqust 2020, 15:03 Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edildi 5 Avqust 2020, 14:57 “Simpsonlar” Beyrutdakı partlayışla bağlı dünyanı heyrətləndirdi - FOTO 5 Avqust 2020, 14:55 Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”... 5 Avqust 2020, 14:43 Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI 5 Avqust 2020, 14:40 Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir 5 Avqust 2020, 14:33 DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib 5 Avqust 2020, 14:20 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42