Arxiv
16 Sentyabr 2019, 12:08 | ÖLKƏ
Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA

Bu ilin əvvəlindən avqust ayının 1-nə kimi Azərbaycan Respublikası üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 10027874 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hər kvadrat kilometrə düşən əhali sayı 116 nəfər olub.


Cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 79861 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəmdir.

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

 

Bu ilin 7 ayı ərzində ölkədə 33647 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.


Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidmətinin (DMX) müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1095 nəfər gələn, Azərbaycandan isə 892 nəfər gedən qeydə alınıb. 

Miqrasiya saldosu müsbət 203 nəfər təşkil edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO 17 Oktyabr 2019, 22:13 Bakıda şagird idarəetmə sistemi yaradıldı 17 Oktyabr 2019, 21:48 Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı 17 Oktyabr 2019, 21:29 Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24 Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09 Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01 Prezident Saleh Məmmədovu qəbuluna çağırdı: “Belə də davam edin!” 17 Oktyabr 2019, 17:00 Mariya Zaxarova rəsmi Bakının etiraz notasına REAKSİYA VERDİ 17 Oktyabr 2019, 16:59