Modern.az

Üçtərəfli danışıqların keçiriləcəyi təsdiqləndi - Tarix AÇIQLANDI

Üçtərəfli danışıqların keçiriləcəyi təsdiqləndi - Tarix AÇIQLANDI

Dünya

Bu gün, 09:26

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.

Modern.az xəbər verir ki, Putin bu barədə Rusiya Təhlükəsizlik Şurasının iclasında danışıb.

“Birləşmiş Ərəb Əmirliklərində Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqlara başlanılması nəzərdə tutulur. Bu istiqamətdə ardıcıl dəstəyinə görə BƏƏ rəhbərliyinə minnətdarlığımızı bildiririk”, – deyə Rusiya prezidenti qeyd edib.

Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə baş tutacaq.

Görüşdə əsas müzakirə mövzularından biri tərəflərin təhlükəsizlik zəmanətləri olacaq. Danışıqlar bağlı  qapılar arxasında keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı