Arxiv
19 Sentyabr 2019, 10:38 | AKTUAL
ADU kollektivi Cocuq Mərcanlıda məktəblilərlə görüşdü

Sentyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Tamam Cəfərovanın rəhbərlik etdiyi universitet kollektivi Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub. 

 

Modern.az xəbər verir ki, səfər ADU rektorunun göstərişi ilə universitet və Cocuq Mərcanlı kənd məktəbi arasında il boyu davam edən dayanıqlı əməkdaşlıq proqramı çərçivəsində və “Bilik günü” münasibəti ilə baş tutub. Prorektor Tamam Cəfərovanın başçılıq etdiyi kollektivə universitetimizdən dekan Məmməd İsmayılov, kafedra müdirləri Aytən  Bayramova və Gülnarə Sadıxova, eyni zaman dekan müavini Anar Rəhimov daxil olub.

 

Səfər zamanı prorektor Tamam Cəfərova məktəbin xarici dil kabinetinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. ADU tərəfindən xarici dilin tədrisi üçün ehtiyac duyulan hər bir müasir avadanlıq, əyani vəsaitlər, dərslik və dərs ləvazimatları ilə təchiz edilmiş sinif otağından bundan sonra məktəb müəllimləri və şagirdlər faydalana biləcəklər.

 

Açılış lentini kəsən Tamam Cəfərova ümidvar olduğunu bildirib ki, ADU-nun Cocuq Mərcanlıya töhfəsi olan bu kabinet gələcəkdə neçə-neçə tələbənin, xarici dil mütəxəssislərinin hazırlanmasında əvəzsiz rol oyanacaq. O, bu il tələbələrin məktəbdə 2 ay uğurla pedoqoji təcrübə keçdiklərini, Cocuq Mərcanlı kənd məktəbində səmərəli və faydalı əməkdaşlığın ADU rektoru  akademik Kamal Abdulla üçün prioritet sahə olduğunu bildirib, universitetin bundan sonra da bu dəstəyini və yardımını əsirgəməyəcəyini bildirib.

 

Prorektor eyni zamanda bu sinif otağında ADU-nun məzunu olan Məsmə Zeynalovanın dərs deyəcəyinin də sevindirici hal olduğunu, ADU-nun öz məzunlarını daimi izlədiyini və dəstəklədiyini vurğulayıb.

 

Məzun Məsmə Zeynalova müəllimlər üçün diaqnostik qiymətləndirmədə ən yuxarı bal yığan müəllimələrdən olub, daha sonra könüllü və israrla Cocuq Mərcanlı məktəbində ingilis dilini tədris etməyə can atıb, hazırda məktəbdə ingilis dili məşğələlərini aparmaqdadır.

 

Tamam Cəfərova “Bilik günü” münasibəti ilə Təhsil Nazirliyinin tövsiyəsinə əsasən məktəbin 8-ci sinif şagirdlərinə “Mütaliə – uğura aparan yol” mövzusunda açıq dərs keçib.

 

Daha sonra universitet kollektivi birinci sinif şagirdləri üçün gətirdikləri dərs ləvazimatlarını, məktəb kitabxanasını zənginləşdirmək üçün nəzərdə tutulan yeni ədəbi nəşrləri məktəbə hədiyyə edib.

 

Bununla yanaşı universitetin Fransız dilinin leksikası və üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxova 1 həftə müddətində könüllü olaraq Cocuq Mərcanlıda qalacaq, məktəb şagirdlərinə fransız dili və mədəniyyəti haqqında məşğələlər keçəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50 Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49