Arxiv
19 Sentyabr 2019, 16:38 | AKTUAL
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyası “Twitter”də

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən Komissiyanın ayrıca operativ informasiya resursu - AzeTurCommission (@AzeTurCom)  Twitter  səhifəsi yaradılıb. 

 

Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın 52 ölkə ilə mövcud Hökumətlərarası komissiyalarının  təcrübəsində bu bir yenilikdir:

“Rəsmi Twitter  hesabından Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən, iki qardaş ölkənin hərtərəfli əlaqələri ilə bağlı ən son məlumatlar, hadisələr, əlamətdar günlər haqqında məlumatlar paylaşılır. Məqsəd virtual aləmin müasir imkanlarından istifadə edərək, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, Komissiyanın fəaliyyəti, əməkdaşlığımızın ən müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə hər iki ölkənin ictimaiyyətinə operativ məlumat çatdırmaqdır”.

 

Xatırladaq ki, 2 noyabr 1992-ci ildə Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi”nə uyğun olaraq Birgə Komissiyanın yaradılmasına qərar verilib. 12 aprel 1996-cı ildə hər iki ölkənin prezidentlərinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın ilk iclası 26 fevral 1997-ci ildə Ankarada baş tutub.

 

Prezident İlham Əliyevin 18 mart 2019-cu il tarixli Sərəncamı ilə Komissiyanin yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfdən Komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Türkiyə tərəfindən isə həmsədr vəzifəsini Vitse-prezident Fuad Oktay həyata keçirir. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtadək Azərbaycan Respublikası ilə xarici ölkələr arasında Hökumətlərarası Birgə Komissiyalardan yalnız Gürcüstanla Birgə Komissiyaya Baş Nazir sədrlik edirdi. Türkiyədə yeni təsis olunmuş vəzifə olan Vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Birgə Komissiyalara həmsədrlik edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi 19 Oktyabr 2019, 00:49 Roza Zərgərlinin qazandığı avtomobil qazilərə verildi 19 Oktyabr 2019, 00:32 “Maşın”ın qalibi Suna Kasımoğlu oldu 19 Oktyabr 2019, 00:14 Türkiyə və İran Suriya problemini müzakirə etdi 18 Oktyabr 2019, 23:45 Azərbaycan nefti ucuzlaşdı 18 Oktyabr 2019, 23:32 Şəmkirdə 2 uşaq anası itkin düşüb - FOTO 18 Oktyabr 2019, 23:16 Daha bir ərəb ölkəsi çalxalanır 18 Oktyabr 2019, 22:58 Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini oldu - FOTO 18 Oktyabr 2019, 22:42 UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq 18 Oktyabr 2019, 22:17 Ərdoğan Trampı buna da məcbur etdi 18 Oktyabr 2019, 21:44 Şahin Mustafayev Çinə bu məqsədlə gedir 18 Oktyabr 2019, 21:27 “Ermənistan qeyri-konstruktiv mövqeyinə görə düşdüyü dalandan çıxması üçün addım atmalıdır” - XİN 18 Oktyabr 2019, 21:15 “YPG 750 İŞİD-çini həbsdən azad edib” - Ərdoğan 18 Oktyabr 2019, 20:59 Məşhur idmançı Azərbaycanı belə təbrik etdi - FOTO 18 Oktyabr 2019, 20:58 Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub 18 Oktyabr 2019, 20:45 Azərbaycan Ordusunda “NATO günləri” başa çatdı 18 Oktyabr 2019, 20:05 Nazir onlara mükafatlar təqdim etdi - FOTOLAR   18 Oktyabr 2019, 19:57 XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq   18 Oktyabr 2019, 19:47 Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandı - FOTO 18 Oktyabr 2019, 19:38 "Azərsu" sədri Lənkəranda sakinləri qəbul edib - FOTO 18 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib 18 Oktyabr 2019, 19:18 Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir - FOTO 18 Oktyabr 2019, 19:10 Əcnəbi mütəxəssislər Gömrük Akademiyasında olublar - FOTO 18 Oktyabr 2019, 19:01 Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ - VİDEO 18 Oktyabr 2019, 18:55 Əbülfəs Qarayav vətəndaşları qəbul edəcək 18 Oktyabr 2019, 18:46 "Azercell" yeni "iPhone" alanlara limitsiz internet hədiyyə edəcək   18 Oktyabr 2019, 18:37 “Prezidentin Rövşən Rzayevi qəbul etməsi köçkünlərə qayğının daha bir nümunəsidir” - DEPUTATLAR 18 Oktyabr 2019, 18:28 Mənzillərin tikintisi və ipoteka layihələri üçün 142 milyon manat AYRILACAQ 18 Oktyabr 2019, 18:19 ARDNF Milandakı ofis binasını satdı 18 Oktyabr 2019, 18:10 Dövlət büdcəsindən 40 şəhər və rayona dotasiya ayrılmayacaq - SİYAHI 18 Oktyabr 2019, 18:01 Proqnoza baxmadan istirahətə getməyin - İstirahət günlərinin HAVASI 18 Oktyabr 2019, 17:56 Avropa Birliyinin  rəhbəri ağladı 18 Oktyabr 2019, 17:53 Azərbaycanın xarici dövlət borcu - 8,9 milyard ABŞ dolları 18 Oktyabr 2019, 17:42 Ərdoğan Putinlə görüşünün məqsədini izah elədi 18 Oktyabr 2019, 17:39 Büdcədə sosial müdafiə və sosial təminat xərcləri üçün vəsait artırılır 18 Oktyabr 2019, 17:37