Modern.az

Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü

Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü

23 Oktyabr 2019, 18:49

Oktyabrın 23-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qjorjiyev, təşkilatın Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Argentina Sabadoş Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovla görüşüblər.

 

Komitədən Modern.az-a daxil olan məlumata görə, komitə sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib və dünyada azərbaycanlıların yayılma coğrafiyası haqqında danışıb.

 

Görüşdə diaspor və miqrasiya mövzusunda fikir mübadiləsi aparılıb, yerdəyişmə zamanı insanların inteqrasiyası və milli kimliyin qorunması məsələləri müzakirə olunub.

 

Qonaqlar iki qurum arasında mövcud əməkdaşlığın perspektivləri barədə təkliflərini səsləndirib, birgə layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı