Arxiv
31 Oktyabr 2019, 12:48 | İQTİSADİYYAT
Azərbaycanda qiymətli kağızlar bazarının göstəriciləri açıqlanıb

2019-cu ilin doqquz ay ərzində investisiya qiymətli kağızları bazarında ümumilikdə 12,071.5 mln. manat həcmində əməliyyat aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a verilən məlumata görə, əməliyyatların 80.1%-i (9,666.0 mln. manat) ilkin bazarda, 19.9%-i (2,405.6 mln. manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 69% artıb.

Korporativ qiymətli kağızlar

2019-ci ilin doqquz ayı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1% (447.9 mln. manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 20.7% artaraq 759.3 mln. manata çatıb.

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalaraq 9,315.3 mln. manat təşkil edib. Bunun 951,7 mln. manatını dövlət istiqrazları, 8,363.6 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 40 hərrac keçirilib və müvafiq olaraq, 527 mln. manat və 8,140 mln. manat məbləğində yerləşdirmə olub.

Repo əməliyyatları

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 842,9 mln. manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 490,4 mln. manat təşkil edib.

Qeyd: Ötən dövrlərin hesabatında əks olunmuş fərq müqavilələri ilə marja ticarəti əməliyyatları üzrə statistik məlumatlar bu hesabatlığa daxil edilməmişdir.

2019-cu ilin birinci yarısı üzrə investisiya qiymətli kağızları bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38 Quba sakini dəm qazından boğuldu 13 Noyabr 2019, 20:27 BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldi 13 Noyabr 2019, 20:15 Sosial şəbəkədə narkotik vasitə satan şəxs yaxalandı 13 Noyabr 2019, 20:02 Gəncədə mikroavtobus piyadanı vurub 13 Noyabr 2019, 19:47 Ermənistan ali məktəblərində etiraz aksiyaları 13 Noyabr 2019, 19:36 Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var 13 Noyabr 2019, 19:27 Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb 13 Noyabr 2019, 19:19 Ermənistanın Rusiyadakı səfirliyi ermənilərlə ruslar arasında gərginlik haqda 13 Noyabr 2019, 19:07 İŞİD-in hbərlərindən biri rkiyəsaxlanıldı 13 Noyabr 2019, 19:01 İran uranı 20%-ə qədər zənginləşdirəcək 13 Noyabr 2019, 18:48 İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edib - YENİLƏNİB 13 Noyabr 2019, 18:33 “Primakova dedim ki,… Mənim hakimiyyətim Allahla tək qalanda başlayır” - Şeyxulislamdan maraqlı AÇIQLAMALAR 13 Noyabr 2019, 18:20 Rüşvətdə təqsirləndirilən polkovnik-leytenant azadlığa buraxıldı 13 Noyabr 2019, 18:15 Oqtay Əsədov nazirə belə DEDİ: “Yerlibazlıq edib, sənə imkan yaratdıq ki...” 13 Noyabr 2019, 18:01 Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO 13 Noyabr 2019, 17:50 “Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var” - DYP 13 Noyabr 2019, 17:42 İşsizlikdən Sığorta Fondunun 2020-ci ildəki gəlir və xərcləri qəbul edildi 13 Noyabr 2019, 17:33 Bu müəllimlərin maaşları artırıldı - RƏSMİ 13 Noyabr 2019, 17:31 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat olacaq 13 Noyabr 2019, 17:29 Bəxtiyar Hacıyev Paşinyana sualından DANIŞDI: “Özüm aqressiv davranmadım” 13 Noyabr 2019, 17:29 Sabiq kəşfiyyat rəisi yoxa çıxdı 13 Noyabr 2019, 17:29 Azərbaycanda yaşayış minimumunun gələnilki məbləği bu qədər olacaq 13 Noyabr 2019, 17:28 Nazir bütün uşaqlara “uşaqpulu” verməyi mümkün SAYMADI 13 Noyabr 2019, 17:17 “Azəriqaz”ın yeni rəhbəri idarə rəislərinə tapşırıq verdi 13 Noyabr 2019, 17:11 Bu il 934 şəhid ailəsinə və əlilə mənzil veriləcək 13 Noyabr 2019, 17:06 Nazir minimum pensiya artımının davamlı olacağını anons etdi 13 Noyabr 2019, 16:54 “İnsanların ətraf mühitlə kommunikasiyası məhdudlaşıb” - Hikmət Babaoğlu 13 Noyabr 2019, 16:48 Misir Mərdanov: “Test üsulunun gətirilməsində mən də iştirak etmişəm” 13 Noyabr 2019, 16:41 Suriyadakı Rusiya qoşunlarına yeni komandan təyin olundu 13 Noyabr 2019, 16:38 Deputat hökuməti ehtiyac meyarını ləğv etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 16:33 İlham Əliyev rusiyalı rəsmiləri qəbul edib - YENİLƏNİB 13 Noyabr 2019, 16:32 Erasmus+ KA2 layihəsi çərçivəsində müzakirələr aparılıb   13 Noyabr 2019, 16:27 İlham Əliyev Yevlaxla bağlı sərəncam imzaladı 13 Noyabr 2019, 16:27 Əlyazmalar İnstitutundan deputata CAVAB verildi 13 Noyabr 2019, 16:22