Modern.az

Dünya bazarında qızılın qiyməti artıb

Dünya bazarında qızılın qiyməti artıb

İqtisadiyyat

Bu gün, 09:03

Dünya birjalarında qızıl dolların zəifləməsi və neftin qiymətinin düşməsi fonunda yüksəlib.

Modern.az xəbər verir kp, birjalarda spot qızıl 0,3 faiz bahalaşaraq 1 unsiya üçün 4206,01 dollara çatıb, dekabr ayı üçün ABŞ qızıl fyuçersləri də 0,3 faiz artaraq 4230,40 dollara çatıb.

«KCM Trade» şirkətinin baş bazar analitiki Tim Uoter bildirib ki, neft qiymətlərinin düşməsi və Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı razılaşma gözləntiləri ilə əlaqədar zəifləyən dollar qızılın artmasına səbəb olub. Uoter qeyd edib ki, neft qiymətlərinin düşməsi inflyasiya və faiz dərəcələrinin artırılması ilə bağlı narahatlıqları aradan qaldıraraq qızılın cəlbediciliyini artırıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya ilə Ukrayna arasında enerji sahəsində atəşkəs əldə olunduğunu elan edib. Yeri gəlmişkən, Ukrayna prezidenti Volodymyr Zelensky hələ də razılaşmanın təfərrüatlarını gözlədiklərini söyləyib, amma buna baxmayaraq Rusiyanın tədarükünü artıracağı gözləntiləri fonunda neft artıq ucuzlaşmağa başlayıb.

Hazırda fond bazarı çərşənbə günü açıqlanacaq ABŞ İstehlak Qiymətləri İndeksinə (İQİ) və cümə axşamı günü açıqlanacaq İstehsalçı Qiymətləri İndeksinə (İQİ) və pərakəndə satış məlumatlarını gözləyir.

Digər qiymətli metallarda isə spot gümüş 0,5 faiz artaraq unsiyası üçün 61,12 dollara, platin 1 faiz artaraq 1704,70 dollara, palladium isə 1,2 faiz artaraq 1161,81 dollara çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər