Arxiv
15 Noyabr 2019, 19:48 | AKTUAL
Azərbaycan həmişə ABŞ-ın dəstəyini hiss edib - SPİKER

Milli Məclisin (MM) Sədri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının Sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, Spiker qonaqların Dünya dini liderlərinin II Bakı Sammitində iştirakını yüksək dəyərləndirib.

 

Spiker bildirib ki, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilmiş Azərbaycan tolerant bir ölkə kimi tanınır. O qeyd edib ki, səfər müddətində qonaqların ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, multikulturalizm mühiti, uğurlu neft strategiyası, regionda həyata keçirilən böyük strateji layihələr, ölkəmizin üzləşdiyi çətinliklər və qonşu Ermənistanın silahlı qüvvələri tərəfdən torpaqlarımızın 20 faizinin işğal edilməsi barədə əldə edəcəkləri məlumatlar Azərbaycan barədə biliklərının daha da zənginləşməsinə töhfə verəcək.



O.Əsədov vurğulayıb ki, Azərbaycan təkcə Federal səviyyədə deyil, ABŞ-ın ştatları ilə də münasibətlərin inkişafına böyük maraq göstərir: "Biz əməkdaşlığımızın bu formatını gələcəkdə də dərinləşdirmək niyyətindəyik. Hesab edirik ki, bu səfəriniz təmsil etdiyiniz ştatlarla Azərbaycan arasında əlaqələrin genişlənməsinə təkan verəcək".



Azərbaycan-ABŞ münasibətlərinin dərin tarixi kökləri olduğunu vurğulayan O.Əsədov deyib ki, bu münasibətlər hələ XX əsrin əvvəllərindən inkişaf etməkdədir: "Bu gün Azərbaycanla ABŞ arasında münasibətlər öz dinamikliyi ilə fərqlənir. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Diplomatik münasibətlərimizin 28 illik tarixi vardır. O zamandan bəri ölkəmiz arasında əlaqələr daim inkişaf edir və genişlənir. Bunu qarşılıqlı olaraq həyata keçirilən səfərlərin sayına nəzər saldıqda da görmək olar. Ümumiyyətlə, son illər ABŞ-dan ölkəmizə müxtəlif səviyyələrdə səfərlərin həyata keçirilməsi ənənəvi hal alıb.



Spiker qeyd edib ki, ölkələr arasında mövcud olan fəal siyasi dialoq iqtisadi sahəyə də öz təsirini göstərir: "Bu günədək ABŞ şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 14 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. Ölkəmiz qlobal neft və qaz layihələrinin reallaşmasında həmişə ABŞ-ın dəstəyini hiss edib. Biz ABŞ-la mədəni-humanitar əlaqələrimizi də inkişaf etdirməkdə maraqlıyıq.



Parlament diplomatiyasının önəmini vurğulayan O.Əsədov Milli Məclisdə və ABŞ Konqresində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, hər iki ölkənin qanunverici orqanları arasında uğurlu əməkdaşlıqdan, qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan ABŞ ştatlarının qanunverici orqanları ilə əlaqələrin dərinləşməsini vacib hesab edir.



Dağlıq Qarabağ münaqişəsindən söz açan Spiker Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu vurğulayıb. Qeyd edib ki, ATƏT-nin Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ problemin çözülməsinə öz tövhəsini verə bilər. Spiker ABŞ-ın 20-dən çox Ştatının Xocalı soyqırımına münasibət bildirdiyini qeyd edərək, digər ştatlar tərəfdən də müvafiq addımların atılacağına inamını ifadə edib.



Səmimi qəbul üçün minnətdarlığını bildirən Raymond Skot Seyls səfər çərçivəsində keçirdikləri görüşlərdən və xalqımızın qonaqpərvərliyindən məmnun qaldıqlarını deyib. Qeyd edib ki, səfərdə iştirak edən nümayəndə heyətinin tərkibində ABŞ-ın 4 Ştatının nümayəndəsi təmsil olunub. Qonaq vurğulayıb ki, səfər Azərbaycanın mədəniyyəti, tarixi, keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlərlə yaxından tanış olmaq üçün yaxşı imkanlar yaradır.



Montana Ştatı Senatının Sədri Milli Məclislə təmsil etdiyi ölkənin Ştatlarının qanunverici orqanları arasında əməkdaşlığın genişləndirməsini önəmli hesab edib. Bildirib ki, təkcə Federal deyil Ştatlar səviyyəsində də Cənubi Qafqazın bu bölgəsi ilə müxtəlif sahələrində əməkdaşlığın inkişafına böyük maraq var.



Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb.



Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz AZALTDI - ÖZƏL 2 İyul 2020, 10:21 DİM pulsuz onlayn sınaq imtahanı keçirir 2 İyul 2020, 10:18 Dərsliklərlə bağlı yeniliklər 2 İyul 2020, 10:13 İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi” 2 İyul 2020, 10:08 Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ 2 İyul 2020, 10:02 Neft yenidən bahalaşdı 2 İyul 2020, 09:56 Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib 2 İyul 2020, 09:50 Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:45 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46 Sosial şəbəkə ilə bağlı mövqe siyasilər arasında qarşıdurma yaratdı 2 İyul 2020, 00:33 Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi - FOTO 2 İyul 2020, 00:22 Azərbaycanda Polis günü qeyd olunur 2 İyul 2020, 00:12 Əri ilə mübahisə edən qadın özünü 5-ci mərtəbədən atdı 1 İyul 2020, 23:54 Çempionlar Liqasının təqvimi AÇIQLANDI 1 İyul 2020, 23:41 Koronavirusun xroniki mərhələyə keçmə ehtimalı var 1 İyul 2020, 23:24 Rusiyada ümumxalq səsverməsi başa çatıb 1 İyul 2020, 23:07 Şirvanda küçədə kişi meyiti tapıldı 1 İyul 2020, 22:55 Bu ölkədə iki həftəlik karantin tətbiq edilir 1 İyul 2020, 22:41 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 1 İyul 2020, 22:25