Modern.az

Yasamalda sakinlər dinlənildi, dəstək üçün göstərişlər verildi  

Yasamalda sakinlər dinlənildi, dəstək üçün göstərişlər verildi  

18 Noyabr 2019, 18:14

Bu gün Bakının Yasamal rayonunun keçmiş “Sovetski” sakinləri, ümumən 500-ə yaxın insan Rayon İcra Hakimiyyətində qəbulda olub.

 

Yasamal rayon İcra hakimiyyətindən Modern.az-a bildirilib ki, hər birinci gün saat 10-da İcra hakimiyyətində vətəndaşların qəbulu həyata keçirilir.

 

“Bu gün də səhər saatlarında da insanların İcra Hakimiyyətində yeni başçı tərəfindən qəbul ediliblər. Bu görüşdə heç bir əlavə məna axtarmağa ehtiyac yoxdur.

 

Yeni icra başçısı Elşad Həsənov Yasamal sakinlərinin bütün məsələləri ilə yaxından tanışdır. Çünki o bundan əvvəl Yasamalın deputatı olub. Elşad Həsənov bütün müraciət edən sakinləri dinlədi,  İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan bütün məsələlərin həlli üçün lazımi tapşırıqlarını verdi. Bu, sakinlərlə adi görüşlərdən biri idi”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu