Modern.az

Azərbaycanla İrlandiya əməkdaşlığı müzakirə olundu

Azərbaycanla İrlandiya əməkdaşlığı müzakirə olundu

Aktual

5 Dekabr 2019, 22:33

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı iclası çərçivəsində İrlandiyanın Xarici İşlər və Ticarət naziri Simon Koveney ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və İrlandiya arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Onlar müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər regional məsələləri müzakirə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı