Modern.az

Ana südü satılır: 100 ml 220 manat 

Ana südü satılır: 100 ml 220 manat 

Aktual

4 Yanvar 2020, 14:07

Satış saytlarında ana südü satılır: 100 ml 220 manat 

 

Bu gün dünyanı bürüyən internet satış portallarında ağıla gəlməyən bütün məhsullar satılır. Hətta əvəzolunmaz hesab edilən təbii ana südünü belə internet üzərindən əldə etmək mümkünləşib.


Modern.az xarici mediaya istinadən xəbər verir ki, uşaq dünyaya gətirən analar südü çox olduğu halda onu internet saytlarında qanunsuz satışa çıxarırlar.

 

Buna baxmayaraq, hər şeyin adi qarşılandığı Avropada belə ana südünün internetdən satışı mütəxəssislər tərəfindən qınaqla qarşılanır. Həkimlər internet üzərindən ana südü almağın təhlükəli olduğunu düşünürlər.

 

Qeyd edək ki, internetdə satılan ana südü, ümumiyyətlə övladlarına süd verməyən və ya xəstəliyi olan ailələr tərəfindən satın alınır. Bəzi ailələr başqalarına yardım üçün bu südü pulsuz verir, digərləri isə 100 milliqram ana südünə 100 funtsterlinq (təxmini 220 manat)  tələb edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü