Modern.az

ABŞ-ın Bakıdakı səfirliyindən amerikalılara XƏBƏRDARLIQ

ABŞ-ın Bakıdakı səfirliyindən amerikalılara XƏBƏRDARLIQ

6 Yanvar 2020, 21:36

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə səfirliyin saytında bildirilib.

 

“Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”, - səfirliyin saytında bildirilib.

Əsasən amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilir.

Fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı