Modern.az

Zakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdi

Zakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdi

Aktual

17 Yanvar 2020, 14:14

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar