Modern.az

"WhatsApp" istifadəçilərinin sayı 2 milyarda çatıb

Aktual

12 Fevral 2020, 21:33

"WhatsApp" tətbiqin istifadəçilərinin sayı 2 milyarda çatıb.

Modern.az  xəbər verir ki, bu barədə bu gün messencerin öz veb saytında rəsmi bloqda yayımlanan açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib: "Bu gün dünyada 2 milyard insanın "WhatsApp"dan istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq".

"WhatsApp" rəhbərliyi messencerin ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələməsindən istifadə etdiyini vurğulayıb:

The Wall Street Journal-a verdiyi müsahibədə "WhatsApp"ın baş direktoru Uill Ketkart şirkətin daim istifadəçilərə şifrləmə sistemlərindən istifadə edərək məlumat mübadiləsi imkanı təmin etmək üçün çalışdıqlarını vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV