Arxiv
23 Fevral 2020, 23:57 | AKTUAL
Prezidentin komandası seçkilərdə  məğlub oldu

İranın Daxili İşlər naziri Rəmani Fəzli bu gün mətbuat konfransı keçirərək parlament seçkilərinin nəticələri haqqında məlumat verib.

Modern.az  Azərtac-a istinadən xəbər verir ki, nazir seçici fəallığının 42,57 faiz olduğunu bildirib. Onun sözlərinə görə, Tehran və ətraf rayonların əhalisinin 26,2 faizi sesvermədə iştirak edib.

Ümumilikdə, 11-ci parlament seçkilərində 24 milyon, 512 min 404 nəfər səs verib.

İranda 290 yerlik parlamentdə təmsil olunmaq üçün 1578 nəfər namizədliyini irəli sürüb. İranın Elborz, Elam və Qum, Şərqi Azərbaycan vilayətləri parlamentdə daha çox deputat ilə təmsil olunurlar.

Parlamentdə 5 yer isə İranda yaşayan dini azlıqların nümayəndələri üçün ayrılır.

Ölkədə prezident və parlament seçkilərində siyasi mübarizə, əsasən, siyasi arenanın iki böyük qüvvəsi-mühafizəkarlar və islahatçılar arasında aparılır. Bu il seçkilərdə mühafizəkarlar parlamentdə yerlərin daha çoxunu qazanıblar.

Əslində bu vəziyyət gözlənilən idi. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi islahatçılar Qərb ilə danışıqlar apararaq sanksiyaları aradan qaldırmağa çalışdılar. Nəticədə İran daha sərt sanksiyalar ilə üzləşdi ki, bu da ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə nəticələndi.

Mühafizəkarlar isə hər zaman ABŞ başda olmaqla, Qərb ilə yumşaq danışmağın əleyhinə olublar. İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi 2015-ci ildə Qərb ilə danışıqlara başlamaq istəyən Prezident H. Ruhaniyə ABŞ-a inanmaq olmaz deyərək xəbərdarlıq edib. Çox yox, düz 2 il keçəndən sonra zaman Ali Rəhbərin haqlı olduğunu göstərdi. Rəsmi Vaşinqton “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” sazişə imza atsa da üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və sazişdən çıxdığını bəyan etdi. Bu azmış kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaları daha da sərtləşdirdi.

Bütün diplomatik səylərə baxmayaraq, H.Ruhani hökuməti sanksiyaları ortadan qaldıra bilmədi. Bütün bunların nəticəsi olaraq İran ictimaiyyəti parlament seçkilərində mühafizəkar düşərgənin nümayəndələrinə daha çox səs verdi.

İranın yeni parlamenti fəaliyyətini hansı istiqamətdə quracaq və parlamentə kimin sədrlik edəcəyini isə zaman göstərəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Topal” ləqəbli narkotacir saxlanılıb 31 mart 2020, 11:21 MSK-ya maliyyə hesabatı verən siyasi partiyalar - SİYAHI 31 mart 2020, 11:10 Azərbaycan nefti hazırda bu qiymətə satılır 31 mart 2020, 11:03 Binəqədidə 3 ədəd yeni müasir dərman səpən aparat alınıb - FOTO 31 mart 2020, 11:00 Dövlət krediti olanlara belə dəstək olacaq 31 mart 2020, 10:54 Xarici İşlər Nazirliyi “soyqırımı bəyanatı” verdi 31 mart 2020, 10:48 Ceyhun Bayramov prorektoru işdən çıxardı 31 mart 2020, 10:45 İnsan özünə ya həkimdir, ya qənim 31 mart 2020, 10:40 Aprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın DOĞUM GÜNÜDÜR 31 mart 2020, 10:35 “Koroğlu”-“28 May” xəttinə 18 metrlik avtobuslar ÇIXARILDI 31 mart 2020, 10:30 BMT Təhlükəsizlik Şurası maya qədər videokonfrans rejimində çalışacaq 31 mart 2020, 10:24 Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edildi 31 mart 2020, 10:19 Neftin qiyməti bahalaşır 31 mart 2020, 10:11 Pandemiyadan zərər çəkən sektorlar müəyyənləşdirilib - 12 sahəyə dəstək veriləcək 31 mart 2020, 10:03 İlham Əliyevdən soyqırımı paylaşımı 31 mart 2020, 09:59 ABŞ-da koronavirusdan ilk hərbçi öldü 31 mart 2020, 09:53 Qazaxda olan son vəziyyətlə bağlı deputatdan AÇIQLAMA 31 mart 2020, 09:48 Lerikli sahibkardan örnək addım - Rayonda karantində olanlar üçün inək kəsdi 31 mart 2020, 09:42 “Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkili 31 mart 2020, 09:36 Dollar və manatın bugünkü məzənnəsi 31 mart 2020, 09:30 Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar 31 mart 2020, 09:24 Cəbhədə gərginlik səngimir: atəşkəs 22 dəfə pozulub 31 mart 2020, 09:17 100 yaşlı Nənəxanım nənə: “Camaatı yığdılar məscidə, od vurub yandırdılar” - Zəngəzur HADİSƏLƏRİ 31 mart 2020, 09:11 ABŞ koronavirusa təslim olur - Bir gündə 20 min yoluxma, 600-ə yaxın ölüm 31 mart 2020, 09:04 Dünənki təxribat zamanı Ermənistanın iki hərbçisi yaralanıb 31 mart 2020, 08:39 Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist: “Amerikalılar azərbaycanlılardan fərqli olaraq qaydalara əməl edir” - MÜSAHİBƏ 31 mart 2020, 08:16 Koronavirusla bağlı SON STATİSTİKA - 200-cü ölkə, 784 min yoluxma, 37 min ölüm 31 mart 2020, 04:10 Merkel koronavirusa görə üçüncü dəfə test verdi 31 mart 2020, 00:53 ABŞ-da 153 min insan koronavirusa yoluxdu 31 mart 2020, 00:43 Bu gündən Azərbaycanda küçəyə çıxmaq MƏHDUDLAŞDIRILIR 31 mart 2020, 00:31 Mehriban Əliyevadan soyqırımı paylaşımı 31 mart 2020, 00:21 İranda koronavirusa qarşı dərman hazırlandı 31 mart 2020, 00:09 31 mart Soyqırımı - 1 milyonadək azərbaycanlı məhv edilib 31 mart 2020, 00:00 27 polis koronavirusa yoluxdu 30 mart 2020, 23:56 Mübariz Mənsimov  “ölüm aclığı”nı dayandırdı 30 mart 2020, 23:37