Modern.az

Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI

Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI

Aktual

24 Fevral 2020, 11:03

Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində hərəkətə məhdudiyyətlər fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə minib.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirərkən deyib.

 

E.Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: “Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın zərər çəkməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.

 

Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: “Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı