Modern.az

"Əl-Nəsr"lə "Neftçi"nin oyunu raket səbəbilə təxirə salındı

"Əl-Nəsr"lə "Neftçi"nin oyunu raket səbəbilə təxirə salındı

İdman

12 Oktyabr 2026, 23:46

Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” və Özbəkistanın “Neftçi” (Fərqanə) komandaları arasındakı qarşılaşma raket hücumu təhlükəsi səbəbindən təxirə salınıb.

Modern.az-ın xəbərinə görə, Asiya Çempionlar Liqası çərçivəsində oyunun keçirilməli olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təcili raket həyəcanı elan edilib. Məlumata əsasən, həyəcan siqnalına Yəmən ərazisindən Ər-Riyad istiqamətində üç ballistik raketin buraxılması səbəb olub. Stadiondakı diktorlar azarkeşlərdən sakitliyi qorumağı və təhlükəsizlik qaydalarına əməl etməyi xahiş ediblər.

Qeyd edək ki, son bir neçə gündə Səudiyyə Ərəbistanı Yəmən husilərinin intensiv raket və dron atəşinə məruz qalır. Oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanının terminalına endirilən zərbə nəticəsində 13 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı