Modern.az

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəldi

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəldi

Ölkə

Bu gün, 19:30

Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib.

Modern.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X”-də bildirib.

Səfirin sözlərinə görə, Dnepropetrovsk və Kiyev vilayətlərindən olan daha 30 uşaq Azərbaycana gəlib.

Diplomat qeyd edib ki, müharibə başlayandan sonra indiyədək ümumilikdə 722 ukraynalı uşaq Azərbaycanda reabilitasiyadan keçib.

Yuriy Husyev uşaqlara göstərilən qayğıya və həmrəyliyə görə Azərbaycana dərin təşəkkürünü bildirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı