Modern.az

MSK seçkilərə yekun vurdu: sənədlər Konstitusiya Məhkəməsinə göndərilir

MSK seçkilərə yekun vurdu:  sənədlər Konstitusiya Məhkəməsinə göndərilir

25 Fevral 2020, 22:19

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib.

 

Modern.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib.

Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb. Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 10 gün müddətində sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlamalıdır. Vaxt tələb edərsə, bu müddət uzadıla da bilər. Xatırladaq ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?