Arxiv
30 mart 2020, 12:08 | AKTUAL
İcbari tibbi sığortanın mərhələli tətbiqi müddəti UZADILDI

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılması təklif edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Hazırkı qanunvericiliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi. Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

 

Digər dəyişikliklə isə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər), sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) və mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

 

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər icbari tibbi sığorta haqlarını 2023-cü il yanvarın 1-dən ödəməli idi. Bu müddət 1 il – 2024-cü ilin yanvarın 1-dək uzadılıb.

 

Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59 Köçkünlərin mənzil-məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir - Çingiz Qənizadə 30 May 2020, 14:52 Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüş vaxtı AÇIQLANDI 30 May 2020, 14:38 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:30 İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib   30 May 2020, 14:22 Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək 30 May 2020, 14:15 Sürücülərin nəzərinə - paytaxtın bu küçəsində təmir gedir   30 May 2020, 14:07 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53 Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama 30 May 2020, 12:45 Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri 30 May 2020, 12:37 Bakı belə dezinfeksiya olundu - FOTOLAR 30 May 2020, 12:30 Zakir Həsənov generalları topladı - Ermənistana hərbi MESAJ verildi 30 May 2020, 12:23 Sədərək Ticarət Mərkəzi açılır - Obyektə maskasız giriş qadağan olundu 30 May 2020, 12:15 İTBAŞI (4-cü bölüm) 30 May 2020, 12:10 " AYB-nin bölmələri, dövri nəşrləri olduqca bərbad durumdadır” – Emil Rasimoğlu ilə “Şənbə söhbəti”   30 May 2020, 12:07 "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA 30 May 2020, 12:00 İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi layihələrin əsasını insan faktoru təşkil edir - Deputat   30 May 2020, 11:53 Deputatlar sabah 11 məsələ barədə QƏRAR verəcəklər 30 May 2020, 11:45