Modern.az

Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək

Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək

Aktual

13 May 2020, 17:50

"Təəssüflər olsun ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin təhrif olunmasına rast gəlirik".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

 

O bildirib ki, Azərbaycan höküməti tərəfindən təhrifə yol verən ölklərlə əlaqə saxlanılaraq etiraz edilir və təhrif olunan xəritə aradan qaldırılır: "Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyatı etiraz məktubu göndərilməsi nəzərdə tutulub". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?