Modern.az

Banklar bayram günləri işləyəcək? - Mərkəzi Bankdan AÇIQLAMA

Banklar bayram günləri işləyəcək? - Mərkəzi Bankdan AÇIQLAMA

22 May 2020, 15:52

Bayram günlərində kommersiya banklarında qeyri-iş günü olacaq. Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev bildirib. N.Əliyevin sözlərinə görə, bayramda kommersiya banklarının işləməsilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı qərar verilməyib.

Bayram günlərində bağlanan banklardan çıxarışların alınmasına gəlincə, N.Əliyev bununla bağlı məsələlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən tənzimləndiyini qeyd edib.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Qərara əsasən, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.
Bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. Qeyd edək ki, 24 - 25 may – Ramazan bayramı, 28 May isə Respublika Günüdür. 24 may tarixi həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi də qeyri-iş günü hesab olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır