Modern.az

İstanbuldan Bakıya gələcək 174 nəfər karantinə yerləşdiriləcək

İstanbuldan Bakıya gələcək 174 nəfər karantinə yerləşdiriləcək

Aktual

22 May 2020, 18:06

Azərbaycanda uçuşlar ilkin olaraq, Naxçıvanla bərpa ediləcək. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov bildirib. İ.Məmmədov qeyd edib ki, sərhədlərin açılması iyunun 15-dən sonraya nəzərdə tutulub. NK rəsmisi onu da deyib ki, bu axşam saat 8-də İstanbuldan Bakıya 174 nəfər azərbaycanlı gələcək. Onlar karantinə yerləşdiriləcək.

Onun sözlərinə görə, xarici ölkələrlə sərhəddə qalan vətəndaşların gətirilməsi ilə bağlı işlər davam etdirilir.

İ.Məmmədov qeyd edib ki, vətəndaşlarımızın xüsusi çarter reysi ilə gətirilməsi mərhələli davam edir:

"Rusiya- Azərbaycan səhəddində toplaşanlar hər iki ölkənin nəzarətindədir. bununla bağlı işlər gedir. Mayın 19-da 120 nəfər Azərbaycana gətirilib. Bu karantin yerindən asılıdır. Karantin yerləri olduqca vətəndaşlar gətirilir. "Evə gedirəm" portalından müraciət edənlərlə bağlı gələn həftə xüsusi çarter reysi gözlənilir. Vətəndaşlar bu portala müraciət edərsə, onlar da gətirilə bilər. Dağıstanda toplaşanıar özləri üçün də təhlükə yaradırlar. Ölkəyə gələnlərin 30 faizində koronavirus aşkarlanır. Beynəlxalq uçuşlarla bağlı xüsusi proqram hazırlanır. İlk uçuş Naxçıvana olacaq. Amma xarici ölkələrə də uçuşlar iyunun 15-dən sonra ola bilər. İranın -ci vitse prezidenti ilə Azəbaycanın Baş naziri Əli Əsədov telefonla danışıb. Azərbcandan 120 nəfər İran vəttəndaşının öz ölkəsinə qaytarılması təmin olunub".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü