Modern.az

Bakıda dumanlı hava müşahidə olunur

Bakıda dumanlı hava müşahidə olunur

Aktual

Bu gün, 13:07

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

İl ərzində daha çox dumanlı hava şərati dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir. Maydan oktyabr ayına qədər dumanlı günlərin sayında müəyyən azalma qeydə alınsa da, noyabrdan etibarən isə artmağa başlayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dəhşətli hücum hazırlığı: İran ATOMLA vurulacaq? - Türkiyədən bağlantı