Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair saziş təsdiq edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənədə əsasən, 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış saziş təsdiq olunur.
Saziş iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlığın hüquqi əsaslarının yaradılmasına xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.