Modern.az

UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib

UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib

Təhsil

Bu gün, 14:10

UNEC-in Keyfiyyətin təminatı şöbəsinin müdiri Vəfadar Rizvanlı Gürcüstanın Təhsil Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzinin (NCEQE) Ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına (Authorization Experts Pool) daxil edilib.

Modern.az xəbər verir ki, UNEC əməkdaşının müxtəlif ölkələrin keyfiyyət təminatı və akkreditasiya sistemlərində beynəlxalq ekspert kimi təmsil olunması universitet üçün də əhəmiyyətli imkanlar yaradır.

Bu fəaliyyət çərçivəsində fərqli ölkələrin ali təhsil sistemlərində tətbiq olunan qiymətləndirmə modellərinin, akkreditasiya meyarlarının və institusional keyfiyyət təminatı təcrübələrinin öyrənilməsi, əldə olunan bilik və təcrübənin UNEC-in keyfiyyət təminatı sisteminin inkişafında tətbiqi üçün əlavə imkanlar formalaşır.

Sizə yeni x var
Keçid et
Dəhşətli hücum hazırlığı: İran ATOMLA vurulacaq? - Türkiyədən bağlantı