Modern.az

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzatdı

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzatdı

3 İyun 2020, 10:23

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. 

 

Qərara əsasən 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.

 

Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

 

Qeyd edək ki, əvvəllər bu müddət 30 gün təşkil edirdi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!