Modern.az

PKK dörd strateji bazanı BOŞALTDI

PKK dörd strateji bazanı BOŞALTDI

Dünya

Bu gün, 17:49

PKK/KCK terror təşkilatı Türkiyədə milli həmrəyliyin və ictimai inteqrasiyanın gücləndirilməsi prosesi çərçivəsində İraqın şimalında yerləşən dörd sığınacaq məntəqəsini tərk edib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən sızan məlumata görə, təşkilat oktyabrın 8-də Metina bölgəsinin Baze ərazisindəki Hebat, Yajk, Sabri və Sason sığınacaqlarını tamamilə boşaldıb.

Məlumata görə, PKK/KCK-nın bütün ərazilərdəki fəaliyyətinin dayandırılmasından sonra prosesin növbəti mərhələsi start götürəcək. Qanunvericilikdə nəzərdə tutulan imkanlardan yararlanaraq Türkiyəyə qayıdacaq təşkilat üzvlərinin reabilitasiyası və cəmiyyətə inteqrasiyası hədəflənir.

Türkiyəyə qayıdacaq təşkilat üzvlərinin cəmiyyətə inteqrasiyası hədəflənir. Bu məqsədlə təhsil və iqtisadiyyat da daxil olmaqla müxtəlif sahələri əhatə edən proqramların həyata keçirilməsi nəzərdə tutulur.

Təhlükəsizlik mənbələri vurğulayır ki, həyata keçirilən prosesin ana xəttini Türkiyədə davamlı daxili sülhün bərqərar olunması, türk-kürd qardaşlığının möhkəmləndirilməsi və ölkənin bütün bölgələrində əhalinin tam sülh, əmin-amanlıq şəraitində yaşaması təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı