Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Bəs Prezident təqaüdünün məbləği nə qədərdi?
Modern.az saytının məlumatına görə, Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.
Qeyd edək ki, bakalvar pilləsində əlaçılar 200 manat, "zərbəçilər” 160 manat təqaüd alırlar, adi tələbə təqaüdü isə 100 manatdır.
Magistratura səviyyəsi üzrə əlaçı tələbələr 240 manat, "zərbə"çilər 180 manat alırlar, adi təqaüdlər 120 manat təşkil edir.
Orta ixtisas təhsili müəssisələrində (kolleclər) tələbələrə göstəricilərinə müvafiq olaraq 110, 90, 70 manat təqaüd verilir.
Doktorantura pilləsində elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd 450 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd isə 300 manatdır.
A.Qorxmaz