Modern.az

Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə müraciət etdi

Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə müraciət etdi

4 İyun 2020, 12:42

Astara rayonundan olan bir qrup ziyalı Xalq artisti, Prezident təqaüdçüsü Oktay Kazıminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində sənətkarın adının Astara Rayon Musiqi məktəbinə verilməsi üçün Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət ediblər.

 

Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva bu müraciəti dəstəkləyərək ziyalıların bu təşəbbüsünün reallaşması üçün Baş Nazir Əli Əsədova və Mədəniyyət Nazirliyinə xahiş müraciəti göndərib.

 

Eyni zamanda Mədəniyyət komitəsinin sədri bu məsələ ilə bağlı Mədəniyyət nazirinin müavini Vaqif Əliyevlə danışaraq ziyalıların bu təşəbbüsünün həyata keçirilməsi üçün dəstək göstərmələrini xahiş edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir